Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Alt domenlər və yeni reytinq formulası
23 iyun 2024 16:12
422

Alt domenlər və yeni reytinq formulası

Platformanın üstünlüklərini və istifadəçi təcrübəsini artırmaq üçün 3 yeni xüsusiyyəti təqdim edirik:

İstifadəçi adı

Nəhayət, istifadəçi adını dəyişmək artıq mümkündür. Lakin istifadəçi adınızı hər 14 gündə bir dəfə dəyişə bilərsiniz, bu da sizə lazım olduqda onlayn şəxsiyyətinizi yeniləmək imkanı verir.

İstifadəçi adını dəyişdirmək üçün:

  1. "Sazlamalar" səhifəsinə keçid edin;
  2. "Hesab" bölməsini açın;
  3. "İstifadəçi adı" xanasını redaktə edin;
  4. Dəyişiklikləri yadda saxlayın;
İstifadəçi adı
İstifadəçi adı


Alt domenlər

Artıq Poscrib-in bütün istifadəçiləri şəxsi blog səhifələrini xüsusi alt domeni ilə fərdiləşdirə bilərlər. Poscrib.com/@mən əvəzinə, indi mən.poscrib.com ünvanını istifadə edə bilərsiniz.

Alt domeni quraşdırmaq üçün:

  1. "Sazlamalar" səhifəsinə keçid edin;
  2. "Hesab" bölməsini açın;
  3. "Alt domen" bölməsində "Poscrib alt domenindən istifadə et" qutusunu aktivləşdirin;
  4. Dəyişiklikləri yadda saxlayın;
Alt domen
Alt domen


Təkmilləşdirilmiş reytinq formulası

Yeni hesablama formulu istifadəçi fəaliyyətini və məzmun keyfiyyətini daha geniş formada nəzərə alaraq reytinqi formalaşdıracaq. Nə qədər fəal olub dəyərli məzmun yaratsanız, reytinqiniz bir o qədər artacaq (və ya əksinə). Reytinq və onu necə artırmaq olar haqqında buradan öyrənə bilərsiniz (gələcəkdə həmin səhifədə formulanın özünü paylaşacayıq).

Bu yeniliklər, sizə, bloqunuz üzrə daha çox nəzarət imkanı vermək, şəxsi brendinizi unikal etmək və səyləriniz üçün ədalətli tanınma təmin etmək üçün nəzərdə tutulmuşdur.

Poscrib-in bir hissəsi olduğunuz üçün təşəkkür edirik.

Uğurlar!

5
Müəllif
Şərhlər