"Dizaynda yaradıcılıq": Müsabiqənin elanı
"Dizaynda yaradıcılıq" müsabiqəsinə xoş gəlmisiniz! Bu müsabiqə, dizayner-bloqerlərə öz biliklərini paylaşmaq üçün əla bir fürsətdir. İstər təcrübəli dizayner, istərsə də yeni başlayan, sizə iştirak etməyi və yaradıcılığınızı paylaşmağınızı tövsiyə edirik.
Aşağıda müsabiqə ilə bağlı qaydalar və digər vacib məlumatlar verilmişdir.
Tarixlər
Daha çox müəllifin iştirak edə bilməsi üçün müsabiqənin son tarixini 8 Avqust tarixindən 15 Avqust tarixinə qədər uzatmağa qərar verdik.
Müsabiqənin başlama tarixi: 29 İyul 2024 21:00 (Bakı GMT+4)
Bitmə tarixi: 15 Avqust 2024 21:00 (Bakı GMT+4)
İştirak qaydaları
1) Müsabiqədə iştirak etmək üçün Poscrib hesabınızın olması mütləqdir. Hesabınız yoxdursa, burada qeydiyyatdan keçə bilərsiniz.
2) Müsabiqə yalnız "Dizayn" kateqoriyası üzrə keçirilir və platformada mövcud olan digər kateqoriyalara yayılmır.
3) Məqalənizin məzmunu sırf dizayn sahəsində olan şəxsi təcrübənizə fokuslanmalıdır. Məzmun olaraq yalnız bu kimi nümunələrə əsaslana bilərsiniz:
- Təlimat (Tutorial);
- Pet və ya real kommersiya layihələrin həyata keçirilməsi haqqında;
- Şəxsi uğur hekayəniz;
- Yeni ixtira;
- Faydalı tövsiyələr, məsləhətlər və fəndlər;
4) Mükafat qazandığınız təqdirdə sizinlə əlaqə saxlamaq üçün şəxsi profilinizə öz Instagram və ya LinkedIn hesabınıza keçid əlavə edin.
Müsabiqədə iştirak edən hər bir istifadəçi yalnız və yalnız bir məqalə təqdim edə bilər.
İstifadəçilərə şəxsi təcrübələrini paylaşmağı və plagiatdan çəkinməyi tövsiyə edirik.
Mükafatlar
Müsabiqənin sonunda üç qalib seçiləcək. Qalibin mükafatı, onun qaliblər cədvəlində qeyd olunan mövqeyindən asıllı olaraq təyin olunacaq.
Seçim kriteriyaları
1) Məqaləniz oxuculardan yüksək səs toplamalıdır.
2) Məqaləniz şərh bölməsində aktiv şəkildə müzakirə edilməlidir.
Beləliklə, ən yüksək səsə sahib olan və fəal mübadiləyə səbəb olan məqalələr, müsabiqənin qalibləri kimi seçiləcəklər. Qeyd edək ki, səslərin sayı şərhlərin dinamikasına nisbətən daha üstün təsirə malikdir.
Əlavə tövsiyələr
Dəstək görmək üçün dəstək olun. Digər məqalələrə səs verin və onların məzmununu şərhlər bölməsində müzakirə edin.
Oxucuları cəlb etmək və bloqunuzu irəli aparmaq üçün profilinizi redaktə edin. Profil və örtük şəkli əlavə edin, özünüz haqda qısa məlumat yazın, sosial hesablarınızın keçidlərini əlavə edin.
Tanıtım məqsədi ilə məqalə və bloqunuzu digər sosial şəbəkələrdə paylaşın.
Ümumi şərtlər
Müsabiqənin şərtlərini pozan və ya platformanın xüsusiyyətlərindən sui-istifadə edən hər hansı iştirakçı/istifadəçi müsabiqədən dərhal kənarlaşdırılacaq. Əlavə şərtlər platformanın Qadağalar səhifəsindən təqdim olunub.
Müsabiqə ilə bağlı bütün məsələlərdə Poscrib-in qərarı qətidir.
Poscrib əvvəlcədən xəbərdarlıq etmədən istənilən vaxt müsabiqəyə dəyişiklik etmək və ya ləğv etmək hüququnu özündə saxlayır.
"Dizaynda yaradıcılıq" müsabiqəsi bu elanda qeyd olunan qaydalar və şərtlərə əməl edən Poscrib.com platformasında qeydiyyatdan keçmiş bütün istifadəçilər üçün açıqdır. "Poscrib" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 1406546021) əməkdaşları müsabiqədə iştirak edə bilməzlər.
Şərtlərin qəbulu
Müsabiqədə iştirak, bu elanda qeyd olunan qaydalar və şərtləri qəbul etmək deməkdir.
Əlaqə
Müsabiqə ilə bağlı hər hansı çətinliklərin yarandığı halında [email protected] e-poçtuna müraciət edə bilərsiniz. İştirakçılara, hər hansı yeniləmə və ya dəyişikliklər üçün vaxtaşırı bu elanı nəzərdən keçirmələri tövsiyə olunur.
Yaradıcı töhfələrinizi görməyi və dizayn təcrübəniz haqqında öyrənməyi səbirsizliklə gözləyirik.
Uğurlar!