Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
“Həftənin Məqaləsi” müsabiqəsinin qalibini elan edirik!
20 aprel 2024 14:56
416

“Həftənin Məqaləsi” müsabiqəsinin qalibini elan edirik!

🎉 3... 2... 1

“Həftənin Məqaləsi” müsabiqəsinin qalibi, “Necə kreativ insan olmalı?” adlı məqaləni paylaşan Aydın Kərimli @aydinkarimli elan olunur! Aydın bəyi təbrik edir və gələcək töhfələrində ona uğurlar arzu edirik. Müsabiqənin əsas şərtlərindən biri olaraq, Aydın bəyin müstəsna töhfələri, ona 50 AZN məbləğində mükafat qazandırır!

Lakin qalib tək deyil…

Digər müəlliflərin töhfələrini dəyərləndirmək məqsədi ilə müsabiqənin qaydalarını azca olsa da dəyişmək qərarına gəldik. Beləliklə ən çox oxunan və oxuyuculara faydalı olan məqalələrdən olan “Kişilər nə istəyir?”“Lev Tolstoy - İnsan nə ilə yaşayır?” məqalələrin müəllifləri, Hüseyn Qəhrəmanov @huseyn23Fatimə Cənnətova @fatima, 20 və 10 AZN məbləğində mükafat qazanırlar! Hər iki müəllifi eynilə səmimi qəlbdən təbrik edir və onlara uğurlar arzu edirik.

Öz məqalələrini təqdim edən bütün iştirakçılara təşəkkürümüzü bildiririk. Töhfələriniz cəmiyyətə böyük dəyər qatır və sizin fəaliyyətinizi gələcəkdə daha çox görməyi səbirsizliklə gözləyirik.

Bizi bütün dünya oxuyur

Son 8 gündə bu kimi ölkələrdən trafik əldə etdik: Azərbaycan, Türkiyə, Qazaxıstan, Böyük Britaniya, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Belarus, Ukrayna, Cənubi Koreya və s.

Müsabiqə müddətində, platformada +40 istifadəçi qeydiyyatdan keçdi, beləliklə istifadəçi bazamız 148-ə qədər çatdı və böyüməyə davam edir. Müsabiqədə 15 müəllif iştirak etdi və paylaşılan məqalələrin toplam oxuma sayı ~1600 oldu.

Müsabiqədə iştirak edən müəlliflərin və məqalələrin siyahısı (oxuma sayı azalan sırada):

1 - Kişilər nə istəyir?

2 - Necə kreativ insan olmalı? 

3 - Lev Tolstoy - İnsan nə ilə yaşayır?

4 - Effects of Plastic Surgery on Human Life - Plastik Cərrahiyyənin İnsan həyatında Təsiri

5 - Subliminal mesajlar nədir və bizə necə təsir edir?

6 - I və II Qarabağ münaqişəsinin Azərbaycan iqtisadiyyatına təsiri

7 - Hörmətdə Ədalət

8 - Özümü tam hiss etmək üçün neçə ədəd Snikers yeməliyəm?

9 - Müasir incəsənətin "bazarı" niyə ölür?

10 - Həyatımdakı insan narsistdir?

11 - Məxfiliyimizi itiririk

12 - "O"nu unuda bilməyənlər üçün

13 - Boşanma mədəniyyəti

14 - İnklüziv təhsildə müəllimin rolu

15 - Başlanğıc

Daha çox faydalı məqalələri paylaşmağa davam edin və maraqlı müsabiqələr üçün bizi izləyin!

Sonda @aydinkarimli, @huseyn23, @fatima müəllifləri bir daha təbrik edirik!

5
Müəllif
Şərhlər