Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
12 may 2024 18:53
270

May ayının tənzimləmələri haqqında

Hörmətli istifadəçilər, May ayında platformada aşağıdakı düzəlişlər ediləcək:

Rus dilinin ləğv olunması

Təəssüflə bildiririk ki, platformada rus dilinin dəstəyini təmamilə dayandıracağıq. Bu qərar, mövcud olan və yeni funksiyaların tərcüməsi zamanı tələb olunan əhəmiyyətli vaxta qənaət etmək məqsədindən irəli gəlir. Rusdilli istifadəçilərimizin anlayışını yüksək qiymətləndiririk.

Tərcümələrin müvəqqəti ləğvi

"Məqalə tərcümələri" xüsusiyyətinin dəstəyini müvəqqəti olaraq dayandırırıq. 2024-cü ilin əvvəllərindən bu xüsusiyyətə tələbatın azaldığını müşahidə etdik, lakin qeyd edək ki, gələcəkdə zərurət yaranarsa, tərcümələr xüsusiyyətini yenidən bərpa edəcəyik.

Rəqəmsal əlçatanlıq

Sayta daxil olarkən məhdudiyyətlər və gecikmələrlə üzləşən cihazlar haqqında xəbərimiz var. Bu ayın sonuna qədər bu problemin əhəmiyyətli hissəsini həll etməyə çalışacağıq. Bununla belə, hər hansı bir çətinliklə qarşılaşsanız, müraciətinizi [email protected] ünvanına göndərməklə dəstək komandamızla əlaqə saxlaya bilərsiniz.


İstifadəçilərin ehtiyaclarını daha yaxşı ödəmək üçün xidmətlərimizi təkmilləşdirməyə çalışırıq. Dəstək və diqqət yetirdiyiniz üçün təşəkkür edirik. Uğurlar!

5
Müəllif
Şərhlər