Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Poscrib - 2023
29 dekabr 2023 19:08
605

Poscrib - 2023

2023-cü ildə bir çox irəliləyişlərin şahidi olduq. Həkimlər xüsusi texnologiyaların sayəsində və yeni nəsil kompüterlərdən istifadə edərək xəstəliklərin müalicəsi üçün yeni yollar tapdılar. Bizim ölkə daxil bir sıra digər ölkələr bərpa olunan enerji potensialının artırmağını əsas hədəf götürdü.

Bu il, hər kəsin öz payına düşən qədər, yeniliklər və dəyişikliklərlə dolu idi. Qarşımıza çıxan həm ortaq, həm də şəxsi mübarizələrdə qalib gəldik. Bir birimizə dəstək olduq və irəliyə doğru addımlar atdıq.

Nəhayət, 2023-cü illə vidalaşarkən gəlin Poscribin statistikasını nəzərdən keçirək.


Bizim aktivimiz - İstifadəçilər

Bu günə qədər (29 dekabr), 38 istifadəçi qeydiyyatdan keçib və platformanın bir hissəsi olub. İstifadəçi sayını və buraxılış gününü nəzərə alsaq, bu, həftədə 3 yeni qeydiyyat deməkdir. Ümumi saydan, platformanın 61% istifadəçi bazası, aktiv istifadəçi kimi çıxış edir. İstifadəçilər, toplamda 101 dəfə məqalələrə müsbət səs verib və onlara toplam 16 şərh yazıb.

Məzmuna verilən dəyər

Hazırda platformada ümumi hesabla 20 məqalə paylaşılıb. Bu isə, həftədə 2 yeni məqalə deməkdir. Yeni ildə bu tezliyin artmasını təxmin edirik.

Yuxarıda qeyd olunan kimi, məqalələr toplamda 101 müsbət səs qazanıb və ümumilikdə 16 şərh qəbul edib. Həmçinin, məqalələr 17 dəfə istifadəçilər tərəfindən yadda saxlanılıb.

Məqalələrin kateqoriya üzrə payı
Məqalələrin kateqoriya üzrə payı
Ölkə üzrə ziyarətçi payı
Ölkə üzrə ziyarətçi payı

Çöküntü halları

Poscrib, 87 günlük fəaliyyəti zamanı, cəmi 1 dəfə çöküb. Noyabrın 6-sı provayderimizin data mərkəzində pozulma halı qeydə alınmışdır, nəticədə saytın dayandırılmış fəaliyyəti 5 saat ərzində bərpa olunmuşdur. Dekabrın 6-sı isə saytın qeydiyyat sistemində pozulma halı qeydə alındığından, 2 saat ərzində tamamilə bərpa edilmişdi

Qeyd edək ki, hər hansı pozulma və çöküntü hallarına baxmayaraq, platformanın məlumatlar bazası zədələnməmişdir və onun üçün daimi təhlükəsizlik təmin edilir.

Xülasə

Bu il, istifadəçi təcrübəsini artırmaq üçün Poscribdə davamlı şəkildə təkmilləşdirmələr etdik. İstifadəçi rəyi bu dəyişikliklərin formalaşmasında mühüm rol oynadı, nəticədə daha intuitiv və sadə interfeys təqdim etdik.

Bu əlamətdar ili yekunlaşdırarkən burada təqdim olunan statistika təkcə rəqəmlər deyil; onlar bizim icmamızın kollektiv səylərinin sübutudur. Yeni bloq mərkəzli platforma yaratdıq və onun inkişafı üçün bacardığımız qədər səy göstərdik. Gələcəyə baxarkən, bu nailiyyətlər davamlı inkişaf və mükəmməlliyə can atmaq üçün təməl kimi çıxış edir.

Yeni 2024-cü ildə biz daha çox yeni funksiyalar təqdim edəcəyik və platformanın inkişafı üçün əlimizdən gələni edəcəyik.

Poscrib-in 2023-cü ildəki uğurunun mühüm hissəsi olduğunuz üçün sizə səmimi qəlbdən təşəkkür edirik!

7
Müəllif
Şərhlər