Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Poscrib: Yeni dəstək sistemini təqdim edirik!
19 oktyabr 2024 20:26
151

Poscrib: Yeni dəstək sistemini təqdim edirik!

Böyük məmnuniyyətlə məlumat veririk ki, yeni dəstək sistemi artıq istifadəyə verildi. İndi istifadəçilər maddi dəstəyi göndərə, qəbul edə, həmçinin vəsaitlərini öz bank kartlarına çıxara biləcəklər. Bu xüsusiyyətdən istifadə etməklə siz sevdiyiniz müəllifləri dəstəkləyə və öz yaradıcılığınıza görə dəstək qazana biləcəksiniz!

Tətbiqin səbəbi

Müəlliflər oxuculara faydalı və maraqlı məzmun təqdim etmək üçün öz zaman və enerjilərini sərf edirlər. Yeni maddi dəstək sistemi sayəsində oxucular bu zəhməti qiymətləndirərək sevimli müəlliflərinə dəstək ola biləcəklər. Bu sistem müəlliflərin öz işlərinə daha çox fokuslanmasına kömək edəcək və daha faydalı məzmun yaratmağa ruhlandıracaq.

Üstünlüklər

Passiv gəlir

Oxucularınızın dəstəyi ilə məzmun yaratmağa davam edərkən passiv gəlir axınını təmin edə bilərsiniz.

Tam nəzarət

Topladığınız vəsaitə nəzarət etmək, əməliyyatları izləmək və istənilən vaxt pul çıxarmaq imkanınız var.

Yaradıcılıq üçün motivasiya

Dəstək almaq sizi daha fəal və kreativ olmağa sövq edir. Nəticə etibarilə ilham mənbəyinizə çevrilir.

Təhlükəsiz infrastruktur

Telefon təsdiqi və bank kartı əlavə etmək prosesi ilə əməliyyatlarınız təhlükəsiz şəkildə həyata keçirilir.

Müəlliflərə necə dəstək olmaq olar?

Müəllifə dəstək olmaq üçün kart və Poscrib hesablarınız olmalıdır. Müəyyən bir vəsaiti müəllifə köçürmək üçün:

  1. Müəllifin bir məqaləsi səhifəsinə keçid edərək, "Dəstək" düyməsinə klikləməlisiniz.
  2. Müəyyən vəsaiti qeyd edərək "İrəli" düyməsinə klikləməlisiniz.
  3. Yönləndirilən səhifədə ödənişi etməlisiniz.


Dəstək hesabınını üstünlükləri
Dəstək hesabınını üstünlükləri

Dəstək hesabı

Bu hesabı yaratmaqla siz digər istifadəçilərdən dəstəkləri qəbul edə biləcəksiniz. Qeyd edək ki, dəstək hesabını yaratmaq və aktiv şəkildə istifadə etmək üçün aşağıdakı şərtlər mütləq ödənilməlidir:

  • Siz Azərbaycan Respublikası vətəndaşı olmalısınız;
  • Şəxsiyyəti təsdiqləmək üçün mobil nömrənizi əlavə etməlisiniz;
  • Son 3 ay ərzində ən azı bir məqalə paylaşılmış olmalısınız;

Dəstək qismində aldığınız vəsaitləri əldə etmək üçün çıxarış sorğusunu göndərməlisiniz. Maddi dəstəyin köçürülməsi aşağıdakı şərtlər daxilində icra olunur:

  • Minimum çıxarış məbləği 3 AZN təşkil edir;
  • Aylıq çıxarış limitinin məbləği 100 AZN təşkil edir;


Hesabın yaradılması

Dəstək hesabını yaratmaq üçün aşağıdakı addımları nəzərdən keçirməlisiniz:

"Dəstək" bölməsinə keçid etmək üçün yuxarı sağda yerləşən profil şəklinizə klikləməsiniz. Daha sonra sazlamalar səhifəsinə keçid edərək "Dəstək" bölməsini seçməlisiniz.

"Dəstək hesabını yarat" düyməsinə klikləyərək hesabın yaradılma prosedurunu başladacaqsınız. Daha sonra qeyd olunan şərtlərə nəzər salaraq onlara uyğun əməliyyatlar yerinə yetirilməlidir.

I. Vətəndaşlığı qeyd etmək üçün "Sazlamalar -> Ölkə" bölməsində müvafiq ölkəni seçməlisiniz.

II. Əgər son 3 ayda və ya ümumiyyətlə məqalə paylaşmamısınızsa, bu səhifəyə keçid etməklə yeni məqalə paylaşa bilərsiniz.

III. Telefon nömrəsini əlavə etmək üçün "Sazlamalar -> Təhlükəsizlik" bölməsinə keçid etməlisiniz.

Toplanılacaq vəsaiti çıxarmaq üçün öz şəxsi kartınızı əlavə etməlisiniz.

Uğurlu ödənişin nəticəsində dəstəkçilərə bildiriş göndəriləcək. Bu bildirişdə qeyd olunan təşəkkür mesajını daxil etməlisiniz.

Bütün addımları tamamladıqda sizin dəstək hesabınız dərhal yaradılacaq və aktivləşəcək.

Poscrib-də paylaşan istifadəçilərin təcrübəsi və xüsusi məzmunları hər zaman dəyərlidir. İnanırıq kı, yeni dəstək sistemi ilə istifadəçilər müəlliflərə maddi dəstək göstərərək onların işini qiymətləndirə və onların gələcək layihələrinə ilham verəcək.

6
Müəllif
Dəstəkçilər
Avatar
Şərhlər