Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Toplular, Sessiyalar və Düzəlişlər
12 iyun 2024 19:44
246

Toplular, Sessiyalar və Düzəlişlər

Poscrib-də istifadəçilərin təcrübələrini artırmaq üçün yeni dəyişiklikləri və xüsusiyyətləri elan edirik. Son yeniliklərin arasında Toplular xüsusiyyətinin təqdim edilməsi, optimallaşdırılmış sessiyalar, müəlliflər üçün ədalətli tanınma sistemi və bir sıra cüzi düzəlişlər var.


Toplular

Bu xüsusiyyət, istifadəçilərə fərdiləşdirilmiş məqalə toplularını yaratmaq və paylaşmaq imkanı verir. İstər öz məzmununuz, istərsə də digər müəlliflərin məqalələri olsun, əlaqəli məqalələri bir yerdə toplamaq indi daha asandır. Bu xüsusiyyət oxucular üçün mövzuya aid məzmunu tapmağı və müəlliflər üçün işlərini daha nizamlı şəkildə göstərməyə imkan verir. Sadəcə yeni toplu yaradın, istədiyiniz məqalələri əlavə edin və auditoriyanızla paylaşın!


Sessiyalar

Məlumatların məxfi qalmasının necə əhəmiyyətli olduğunu anlayırıq. Buna görə də giriş etdiyiniz hər hansı cihaz və brauzer olursa olsun, onları bir yerdən idarə etmək daha asan olsun deyə sessiyalar bölməsini optimallaşdırdıq. Beləliklə harada olursunuzsa olun, hesabınızı icazəsiz girişdən qorumaq üçün, sessiyalarınızı idarə etməyiniz asanlaşacaq!


Ən fəal müəlliflər!

Poscrib-də yeni müəllifləri dəstəkləmək və təşviq etmək üçün 'Liderlər' bölməsini 'Ən fəal müəlliflər' ilə əvəz etdik. Bu dəyişiklik yeni gələnlərə tanınma və auditoriya qurmaq üçün ədalətli bir şans vermək məqsədi daşıyır. ‘Ana’ və ‘Kateqoriya’lar səhifələrində bu bölmənin təqdim olunmasına baxmayaraq, ‘Liderlər cədvəli’ bölməsi olduğu kimi mövcud qalacaq.

Digər təkmilləşdirmələr

Komandamız həmçinin platformanın ümumi funksionallığında düzəlişlər edib və kiçik səhvləri aradan qaldırıb.


Daha çox yeniliklər üçün bizi izləyin.

Uğurlar!

5
Müəllif
Şərhlər