Yeni İstifadəçi Razılaşması və Ödəniş Siyasəti haqqında
İstifadəçilərin hüquq və öhdəliklərini daha aydın şəkildə tənzimləmək, eləcə də monetizasiya imkanlarını şəffaflaşdırmaq məqsədilə yenilənmiş İstifadəçi Razılaşması və yeni Ödəniş Siyasətini təqdim edirik.
Ödəniş Siyasətində “Dəstək” sistemi və bu ayın sonundan tam işə düşəcək “Ödənişli abunəliklər” sistemi üzrə komissiya məbləğləri, məxfilik prinsipləri və maliyyə əməliyyatları aydın şəkildə izah olunur.
Yenilənmiş İstifadəçi Razılaşması nəşriyyat və müəlliflərin məqalə dərc etmə qaydalarını təyin edir, ödənişli abunəlik planlarının şərtlərini tamamlayır, kontent etibarlılığı və müəllif məsuliyyəti barəsində yeni müddəalar əlavə edir.
Hər iki sənəd platformada 10 İyun 2025 tarixindən etibarən dərhal qüvvəyə minir.
Platformadan istifadə etməyə davam etməklə istifadəçilər yuxarıda qeyd olunan sənədləri oxuduqlarını və qəbul etdiklərini təsdiq edirlər.
Əlavə məlumat üçün platformanın Əlaqə bölməsində yerləşdirilən vasitələrdən istifadə edərək bizimlə əlaqə saxlaya bilərsiniz.