Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Yenilikləri izləmək indi daha asan
10 yanvar 2024 19:22
248

Yenilikləri izləmək indi daha asan

İstifadəçi təcrübəsini yenidən müəyyənləşdirmək üçün bir sıra xüsusiyyətləri təqdim edirik. Bu xüsusiyyətlərin sayəsində sizə vacib olan yeniləmələri platforma daxilində izləmək daha asan olacaq.

İzləyicilər

İndi istifadəçilər digər müəllifləri izləyə və yenilikləri asanlıqla bir yerdə - "İzlədiyim" bölməsində görə bilər.

Əlfəcinlər

Əlfəcinlər, yəni keçmiş “Yadda saxlanılanlar” sistemini yenilədik. İndi əlfəcinlərə əlavə etdiyiniz məqalələri idarə etmək və tapmaq daha asandır.

Şəxsi hesab

Adi "poscrib.com/users/@username" ünvanını "poscrib.com/@username" ünvanı ilə əvəz elədik. Bu qədər qısa, bu qədər yaddaqalan.

Ümumi təkmilləşdirmələr

Platformanın daha yaxşı işləməsi üçün bir sıra kiçik dəyişikliklər etdik. Görünüşündən tutmuş performansına qədər hər şey istifadəçilərin təcrübəsini asanlaşdırmaq üçün nəzərdə tutulub.

Ən son funksiyalar artıq aktivdir və bütün Poscrib istifadəçiləri üçün əlçatandır. Bu yeniliklərdən yararlanmaq üçün fəal və sizi maraqlandıran müəllifləri izləməyə başlayın.

Ümid edirik ki, hər kəs bu yeniliklərdən razı qalacaq və platformada gözəl vaxt keçirməyə davam edəcək!

Qeyd edək ki, platformaya və onun istifadəçilərinə faydalı olacaq ideyanızı “Rəy bildir” bölməsində paylaşa bilərsiniz. Əvvəlcədən təşəkkür edirik!

5
Müəllif
Şərhlər