Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Poscrib - 2024
31 dekabr 2024 10:34
135

Poscrib - 2024

Əziz oxucular və istifadəçilər,

Bu il platformamız üçün həqiqətən yaddaqalan oldu. Bəzən müxtəlif çətinliklər, bəzən də gözlənilməz fürsətlər qarşımıza çıxdı. Ümumi nəticədə böyük uğurlar əldə etdik. Əsas diqqətimiz isə yeni funksiyaların tətbiqinə və yaradıcı mühitin inkişafına yönəldi.

Platformada daha çox müəllif məqalələrini dərc etməyə və öz təcrübələrini paylaşmağa başladı. Xüsusilə təhsil, biznes və texnologiya mövzularında məqalələr çox oxundu.

Əlbəttə ki, platformada hər kəsin asanlıqla öz fikirlərini paylaşılması üçün yeni imkanlar yaratdıq. Yeni redaktor, toplular, izləyicidəstək sistemləri sayəsində istifadəçilər yeni təcrübə imkanlarını qazandılar.

İcmal

Bu il ən çox maraq doğuran məqalələr və müəlliflər sırasında bir neçə ad xüsusilə seçildi.

Ən çox oxunanlar sırasında:

1) Ssenari nədir, necə yazılır və hansı terminləri var? - Nicat Vəliyev - 2,200+ baxış

2) Necə kreativ insan olmalı? - Aydın Kərimli - 1,400+ baxış

3) Neft-qaz mühəndisləri üçün ən yaxşı 5 Xarici Universitet: Uğura gedən yol - Narmin Aliyeva - 1,200+ baxış

Ən çox bəyənilən məqalələr sırasında isə:

1) Marketinqdə dizayn, yoxsa dizaynda marketinq? - Aydın Kərimli - 16 müsbət səs

2) "Dizayn Layihələrinin Rolu: Peşəkarlığa gedən yolda ilk addımlar" - Namik Xəlilov - 13 müsbət səs

3) Kişilər nə istəyir? - Hüseyn Qəhrəmanov - 13 müsbət səs

4) Ördək sindromu - 99% adamda var - Aydın Kərimli - 10 müsbət səs

5) Yapon Yaşam Sənəti: Bilməli olduğumuz Həyat Fəlsəfələri - Narmin Aliyeva - 9 müsbət səs

Müəlliflərdən Nicat Vəliyev, Aydın Kərimli, Narmin Aliyeva, Hüseyn Qəhrəmanov, Ismayıl Mirzəcanov, Jalioma, MelahetMirsəid Mirzəzadə il boyu dərc etdikləri məqalələrlə oxucuların böyük rəğbətini qazandılar.

Özünə güvən, Bacaracaqsan!, Joshgun Yusifov, Tural Nasirli, Namik Xəlilov, Elgun, Fatimə Cənnətova, MehdiyevaSabina Zeynalova kimi müəlliflərin isə müxtəlif mövzuları sadə üslubda və aydın misallarla izah etməsi çoxlarının diqqətini cəlb etdi.

Rəqəmlərə gəlsək, bu il 100-dən çox məqalə dərc olundu və 160-dan çox istifadəçi qeydiyyatdan keçdi. Ümumi baxışların sayı 70,000-dən çox, Google axtarış nəticələrin sayı isə 90,000-dən çox oldu. Bizim üçün çox vacibdir ki, insanlar burada keçirdikləri vaxtdan fayda görsünlər və öz biliklərini digər həmfikirlərlə paylaşa bilsinlər.

2025

Qarşıdakı il üçün planlarımız da az deyil. Platformanın təklif edə biləcəyi xüsusiyyətlər və ödəniş əsaslı funksiyaların üzərində işlər aparırıq. Eyni zamanda, tərəfdaşlarla daha sıx əlaqələr qurub, məzmunun keyfiyyətini və mövzu çeşidini artırmağı düşünürük.

Əgər siz də Poscrib-in bir parçasısınızsa, təcrübənizi paylaşmaqda, fikirlərinizi bölüşməkdə davam edin. Əgər hələ qoşulmamısınızsa, indicə qeydiyyatnda keçin — inanırıq ki, burada özünüz üçün faydalı tapıntılar əldə edəcəksiniz.

Sonda, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni iliniz mübarək olsun! Hər birinizə möhkəm cansağlığı, müvəffəqiyyətlər və birlik arzu edirik. Ümid edirik ki, qarşıdan gələn il sizin və bizim üçün uğurlu yeniliklərlə yadda qalacaq!

Təşəkkürlər!

7
Müəllif
Dəstəkçilər
Avatar
Şərhlər