Poscrib: Bir il birlikdə!
Bu gün Poscrib-in fəaliyyətə başlamasından tam bir il keçir. Sadə bir ideya ilə başladığımız bu yolda, hər bir istifadəçimizin dəstəyi ilə platformamızı inkişaf etdirdik və geniş bir yazıçı və oxucu cəmiyyətinə çevrildik. Gəlin bu günə qədər əldə etdiyimiz uğurlara nəzər salaq:
Missiyamız
Bir il əvvəl qarşımıza qoyduğumuz məqsəd aydın idi: dəyərli və peşəkar məzmunu ön planda tutan bir platforma yaratmaq və müəlliflərə öz fikirlərini sərbəst şəkildə ifadə etmək imkanı vermək. Bu müddət ərzində platformamız maarifləndirici məzmunu ilə diqqət çəkən bir məkan oldu. Öz missiyamıza sadiq qalaraq, növbəti qərarları ona əsasən verəcəyik.
Əldə etdiyimiz nailiyyətlər
- 200+ İstifadəçi: İstifadəçi bazamız 200-dən çox istifadəçiyə qədər böyüyüb və müxtəlif mövzularda dəyərli məqalələr paylaşıblar.
- 100+ Məqalə paylaşılıb: İstifadəçilərimiz tərəfindən texnologiya, biznes, dizayn və digər sahələrdə 100-dən artıq məqalə paylaşılmışdır.
- 30+ Ölkədən oxucu: Poscrib artıq 30-dan çox ölkədən olan oxuculara çatmaqdadır.
- 50,000+ Unikal oxucu: Bu bir il ərzində 50,000-dən çox unikal oxucu məqalələrə nəzər yetirib.
- 10,000+ Aylıq ziyarətçi: Platformanı hər ay 10,000-dən artıq insan ziyarət edir və müxtəlif mövzular üzrə məqalələri oxuyurlar.
- 60,000+ Google-da axtarış: Platformanın özü və burada paylaşılan məqalələr, 60,000 dəfədən artıq Google axtarış nəticəsində tapılıb.
Yeni funksiyalar
Keçən bir il ərzində aşağıdakı funksiyaları istifadəyə verdik:
- İzləyicilər: İstifadəçilərə bir-birini izləyə və yenilikləri asanlıqla bir yerdə görməkləri üçün “İzləmə” sistemin tətbiq etdik.
- Kateqoriyalar: Daha spesifik mövzuları əhatə etmək üçün platformaya yeni kateqoriya və alt kateqoriyalar əlavə etdik.
- Toplular: İstifadəçilərin ən sevdikləri məqalələri qruplaşdırıb başqaları ilə bölüşə bilməsi üçün “Toplilar” funksiyasını yaratdıq.
- Alt domenlər: İstifadəçilərə öz bloqlarını fərdiləşdirmək üçün xüsusi URL formatını təklif etdik.
Yaddaqalan anlar
Yeni 2024-cü ilə birlikdə addımladıq
“Həftənin Məqaləsi” adlı ilk müsabiqəni keçirdik və qalibləri mükafatlandırdıq
Tamamilə yenilənmiş redaktoru təqdim etdik
Alt domenlər funksiyasını və yeni reytinq formulasını tətbiq etdik
Qarşılaşdığımız çətinliklər
İrəlilədiyimiz bu yolda çətinliklər də oldu. Yeni funksiyaları tətbiq etməkdən tutmuş, platformanın əlçatan qalmasını təmin etməyə qədər hər bir maneə bizim üçün bir təcrübə oldu. Komandamız və istifadəçilərimizin dəstəyi ilə bu gün Poscrib-i uğurla bu səviyyəyə gətirdik.
Növbəti addımlar
İkinci ilimizə addım atarkən qarşımızda ümumi planlar və məqsədlərimiz var:
- İstifadəçi təcrübəsinin artırılması: Platformanın interfeysini və məzmunun yaradılmasını daha da asanlaşdırmaq üçün yeniliklər üzərində işləyəcəyik.
- Yeni gəlir modelləri: Müəlliflərimizin məzmunlarından gəlir əldə etmə imkanlarını genişləndirəcəyik.
- Xususi təşəbbüslər: Yazı müsabiqələri, tədbirlər və əməkdaşlıqlar vasitəsilə icmamızla daha yaxın əlaqə qurmağa çalışacağıq.
Ürəkdən təşəkkürlər!
Bu nailiyyəti müəlliflərimizin, oxucularımızın və tərəfdaşlarımızın dəstəyi olmadan əldə edə bilməzdik. Bizə güvəndiyiniz və bu yolda bizə qoşulduğunuz üçün təşəkkür edirik. Birlikdə paylaşan, öyrənən və inkişaf edən bir platforma qurmağa davam edəcəyik!
İldönümünü birlikdə qeyd edək!
Bu münasibətlə xüsusi olaraq “Poscrib: Bir il birlikdə!” adlı toplunu təqdim edirik. Bu topluda keçən bir il ərzində paylaşılmış ən yaxşı məqalələri tapa bilərsiniz. Mütləq nəzər yetirin və sevdiyiniz məqalələri şəxsi şəbəkənizlə paylaşın!